Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la oyundan həzz almaq istəyirəm'' - ''Düdelanj''ın futbolçusu

''Qarabağ''la oyundan həzz almaq istəyirəm'' - ''Düdelanj''ın futbolçusu

Tarix: 26 Sentyabr 2019 10:20

"APOEL-lə oyunda bizə çox az insan inanırdı. Kiprdə atmosfer möhtəşəm idi. Amma bir anda APOEL azarkeşləri doğma komandalarını fitə basdı, bizə kömək oldu. Gördüyümüz iş dəlilikdir və bunu hələ də dərk edə bilmirəm. Əgər məğlub olsaydıq, oyundan iyrənəcəkdim".

Qol.az-ın "dhnet.be"yə istinadən yaydığı xəbərə görə, bu sözləri "Düdelanj"ın futbolçusu Antuan Bernye Avropa Liqasının qrup mərhələsini 1-ci turunda APOEL-ə qalib gəldikləri oyunu (4:3) şərh edərkən deyib.

O, "Qarabağ" və "Sevilya" ilə keçirəcəkləri matçlar haqda da danışıb: "Püşkdə "Sevilya" ilə eyni qrupa düşdüyümüzü gördükdə bizim üçün yaxşı olacağını düşündüm. Çünki onlar top-klubdur və belə komanda ilə qarşılaşmağımızı istəyirdim. "Qarabağ" isə Çempionlar Liqasında oynayıb. Ancaq  hələ də şansımızın olduğunu düşünürəm. Məqsədim bu oyunlardan həzz almaq, əylənmək və özümü ən yaxşı tərəfdən göstərməkdir".

Qeyd edək ki, "Düdelanj" qrupda növbəti oyununu oktyabrın 3-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.

 


Etiketlər:  Qarabağla oyundan həzz almaq istəyirəm Düdelanjın futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ