Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şoumen həyat yoldaşı və uşaqları ilə Etna vulkanına qalxdı - FOTO

Şoumen həyat yoldaşı və uşaqları ilə Etna vulkanına qalxdı - FOTO

Tarix: 16 Avqust 2022 17:08

Rusiyalı şoumen, müğənni Timur Rodriges həyat yoldaşı və uşaqları ilə birlikdə Etna vulkanına qalxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənni 2007-ci ildə burada sevgilisi Anna Devoçkinaya evlilik təklif edib. Cütlük evlilikdən bir neçə il sonra yenidən Siciliyaya qayıtmağa qərar verib.

"Səfərimizin ikinci günüdür. 15 ildən sonra yenidən Etna dağına qalxırıq, ancaq bu dəfə iki yetkin övladımızla birlikdə. 2800 metr yüksəklikdə hava günəşli idi, sonra dolu yağdı, leysan başladı, ildırım və şimşək çaxdı", - deyə teleaparıcının həyat yoldaşı şəxsi bloqunda qeyd edib. O, həmçinin olduqları yüksəklikdən fotolar da paylaşıb.

Bildirilir ki, 2022-ci ilin fevralında cənub-şərq kraterində, təxminən 2900 metr yüksəklikdə növbəti vulkan püskürməsi baş verib, lakin o zaman zərərçəkən olmayıb.

Milli.Az


Etiketlər:  Şoumen həyat yoldaşı uşaqları ilə Etna vulkanına qalxdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ