Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İçdiyiniz dərmanları mədəni necə korlayır - Əlamətlər

İçdiyiniz dərmanları mədəni necə korlayır - Əlamətlər

Tarix: 16 Avqust 2022 19:18

Dərmanların təsirindən mədə xorası tez-tez rast gəlinən problemlərdən biridir.

Sonxeber.net medicina.az-a istinadla xəbər verir ki, bu xəstəlik dərman preparatlarının təsiri nəticəsində mədənin selikli qişasının zədələnməsi ilə müşahidə edilir. Bu cür patoloji proses dərman maddələrinin uzun müddətli qəbulundan sonra müşahidə edilə bilər. Buna görə də, ilkin əlamətləri müşahidə edən kimi yaxşı olardı ki, həkimə müraciət edəsiniz. Çox vaxt medikamentoz mədə xorası zamanı qanaxma yaransa belə, bu simptomsuz inkişaf edir.

Qanaxmadan əlavə, mədə divarının perforasiyası da meydana gələ bilər ki, bu da xəstənin sağlamlığı üçün çox təhlükəlidir. Çox zaman bu xəstəlik iltihabla müşayiət olunur. Medikamentoz mədə xorası tibbdə ciddi problemlərdən biridir. Bunun səbəbi isə bir çoxları tərəfindən xəstəliklər zamanı həkim təyinatı olmadan qeyri-steroid tərkibli dərmanları qəbul etmələridir.

Qeyd edək ki, bu cür problemlərlə tamamilə sağlam insanlar da qarşılaşa bilərlər.

Həmçinin bir çox təzyiq dərmanlarının uzunmüddətli qəbulu da mədə xorasına səbəb olur.

Medikamentoz mədə xorası zamanı mədə şirəsinin turşuluğu artır və mədə seliyinin keyfiyyəti aşağı düşür.

Zərərli vərdişlər də iltihabəleyhinə qeyri-steroid tərkibli dərmanların mədə divarına təsirini artırır.

Medikamentoz mədə xorası zamanı, periodik ürəkbulanma, qusma, mədədə diskomfort, köpmə aid edilə bilər. Bəzən xəstə insan çəki itirir və buna əhəmiyyət vermir. Bu isə bir müddətdən sonra anoreksiya kimi özünü büruzə verir. Bu isə xəstənin həyatı üçün ciddi təhlükə yaradır.


Etiketlər:  İçdiyiniz dərmanları mədəni necə korlayır Əlamətlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ