Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın rəqibi uduzdu

''Qarabağ''ın rəqibi uduzdu

Tarix: 26 Sentyabr 2019 11:04

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Düdelanj” Lüksemburq çempionatında növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, komanda 6-cı turda səfərdə "Union Titus"la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Bu nəticədən sonra "Düdelanj" 14 komanda arasında 4 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Lüksemburq təmsilçisi Avroliqada növbəti oyununu oktyabrın 3-də evdə "Qarabağ"a qarşı keçirəcək.

 


Etiketlər:  Qarabağın rəqibi uduzdu


RƏYLƏR