Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Abşeronda “Niva” və “Mercedes” toqquşub, xəsarət alan var

Abşeronda “Niva” və “Mercedes” toqquşub, xəsarət alan var

Tarix: 16 Avqust 2022 22:48

Abşeronda yol qəzası olub.

Bu barədə Milli.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Novxanı kəndində "Niva" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobusun toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan "Niva" markalı nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az


Etiketlər:  Abşeronda Niva Mercedes toqquşub xəsarət alan var


RƏYLƏR