Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 22:50
"Neftçi"nin futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə bu gün əməliyyat olunub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, əməliyyat uğurlu olub və 28 yaşlı müdafiəçi təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.
Xatırladaq ki, Azər Salahlı UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş "Rapid" - "Neftçi" matçının ilk hissəsində zədələnib.