Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanğınların söndürülməsi davam etdirilir - VİDEO

Yanğınların söndürülməsi davam etdirilir - VİDEO

Tarix: 17 Avqust 2022 11:26

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Yanğınların söndürülməsi davam etdirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ