Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2022 12:32
Evdə ritual sünnət uşağın xəstəxanaya yerləşdirilməsi ilə başa çatıb.
Sonxeber.net bildirir ki, çərşənbə axşamı, avqustun 16-da Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsindən verilən məlumata görə, təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
"2022-ci il avqustun 13-də özəl klinikalardan birində cərrah işləyən şəxs Moskvanın Panfilov qəhrəmanları küçəsində yerləşən mənzildə ödənişli tibbi prosedurlar zamanı 7 yaşlı uşağa travmatik xəsarətlər yetirib", - məlumatda deyilir.
"Baza" telegram kanalının məlumatına görə, uşağın valideynləri evdə ritual sünnət təşkil etmək qərarına gəliblər. Sünnət dərisinin çıxarılması əməliyyatı zamanı ev cərrahı uşağın cinsiyyət orqanının bir hissəsini kəsib. Uşaq xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
İrfan Vəliyev