Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2022 14:08
Rus ordusunun hərbi komandanlığı işğal olunmuş Xersondan qaçır. Bu o deməkdir ki, düşmən hücum etməkdənsə, öz həyatını qorumağı üstün tutur.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.
"Komandanlığın qaçması o deməkdir ki, kimsə həyatını xilas etməlidir və kimsə öz perspektivləri üçün çox qorxur. Nəqliyyat və logistika arteriyaları üzərində atəş nəzarətimizin güclü və qaçılmaz olduğunu da başa düşürlər", - Qumenyuk bildirib.