Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna dərsliklərindən rus müəlliflərinin əsərləri çıxarıldı - Tolstoy, Dostoyevski...

Ukrayna dərsliklərindən rus müəlliflərinin əsərləri çıxarıldı -  Tolstoy, Dostoyevski...

Tarix: 17 Avqust 2022 15:46

Ukraynanın Təhsil və Elm Nazirliyi xarici ədəbiyyatın öyrənilməsi üzrə orta məktəb kurikulumunu yeniləyib.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda xarici ölkələrin ədəbiyyatı proqramından rus və belarus müəlliflərinin əsərləri çıxarıldığı bildirilib.

"Proqramların məzmunundan rus və belarus müəlliflərinin əsərləri çıxarılıb. Əvəzində ədəbi prosesə uyğun şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla əcnəbi yazıçıların əsərləri əlavə edilib", - deyə məlumatda qeyd edilir.

Dünya ədəbiyyatı proqramında Puşkinin, Krılovun, Çexovun, Lermontovun, Bulqakovun, Tolstoyun, Turgenevin, Nekrasovun, Dostoyevskinin, Qriboyedovun əsərləri olmayacaq.


Etiketlər:  Ukrayna dərsliklərindən müəlliflərinin əsərləri çıxarıldı Tolstoy Dostoyevski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ