Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər - FOTO

Tarix: 18 Avqust 2022 12:02

Qazaxıstan Respublikasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.

Qeyd edək ki, beynəlxalq müsabiqədə Azərbaycan ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandaları iştirak edir.

Milli.Az


Etiketlər:  Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər FOTO


RƏYLƏR