Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü

Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü

Tarix: 18 Avqust 2022 19:38

Norveçin neft fondu 2022-ci ilin birinci yarısında 173 milyard dollar zərərə düşüb. Bu məbləğ onun bütün investisiyalarının dəyərinin 14,4%-ni təşkil edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.

"Bu vəziyyət Avropada faiz dərəcələrinin artması, yüksək inflyasiya və Ukrayna müharibəsi nəticəsində yaranıb. Fondun səhmlərə yatırdığı investisiyaların dəyəri 17%, istiqrazların dəyəri isə  9,3% ucuzlaşıb. Xüsusən də texnologiya şirkətlərinin səhmləri  28% dəyərdən düşüb", - deyə fondun rəhbəri Nikolay Tangen bildirib.

O əlavə edib ki, son 6 ayda müsbət dinamikanı yalnız enerji sektoru göstərib - 13%. Həmçinin fondun daşınmaz əmlaka investisiyaları da 7,1% dəyər qazanıb.

Milli.Az


Etiketlər:  Norveçin neft fondu 173 milyard dollar zərərə düşdü


RƏYLƏR