Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2022 22:30
Türkiyənin Konya şəhərindəki 15 İyul Stadionunda V İslam Həmrəyliyi Oyunlarnın bağlanış mərasimi başlayıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, mərasimə Azərbaycandan rəsmi şəxs qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov qatılıb.
Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçı 56 ölkənin rəsmi keçidi olub. Azərbaycan bayrağını 3x3 basketbolçu Zaur Paşayev daşıyıb.
Daha sonra Oyunların könüllüləri səhnəyə dəvət edilərək, onlara təşəkkür ifadə olunub.