Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda atışma - ölən və yaralanan var - FOTO

Ermənistanda atışma - ölən və yaralanan var - FOTO

Tarix: 19 Avqust 2022 07:14

Ermənistanda silahlı qruplaşmalar arasında atışma olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.

Məlumata görə, hadisə Armavir əyalətində qeydə alınıb.

Atışma zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri tibb müəssisəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, polis hadisənin başvermə şəraitini araşdırır. Cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış və istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edilir ki, hadisə yerində avtomobillər, "Makarov" markalı tapança və qan izləri aşkar edilib.

Məlumata görə, atışmada ölən şəxsin atası keçmiş polis əməkdaşı olub.

Milli.Az


Etiketlər:  Ermənistanda atışma ölən yaralanan FOTO


RƏYLƏR