Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanda partlayış zamanı nazirin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb

İrəvanda partlayış zamanı nazirin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb

Tarix: 19 Avqust 2022 07:36

Ermənistanın paytaxtı İrəvanın "Sürməli" ticarət mərkəzində baş verən yanğın zamanı fövqəladə hallar nazirinin müşavirinin avtomobilinin şüşəsi sındırılıb, pulqabı oğurlanıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan məlumat verib.

Onun sözlərinə görə, hadisə partlayışın ilk günündə baş verib.

Xatırladaq ki, avqustun 14-də "Sürməli" ticarət mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər ölüb, 1 nəfər itkin düşüb. Zərərçəkənlərin ümumi sayı 62 nəfərdir.

Hazırda yaralılardan 4-nün müalicəsi müxtəlif xəstəxanalarda davam etdirilir, səhhətləri qənaətbəxş qiymətləndirilir.

Dağıntılar altından 21 avtomobil çıxarılıb.

Milli.Az


Etiketlər:  İrəvanda partlayış zamanı nazirin müşavirinin avtomobilinin şüşəsi sındırılıb pulqabı oğurlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ