Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Krımda naməlum partlayışlar baş verib, Ukrayna ora yeni zərbələr endirəcək'' - ABŞ İnstitutu

“Krımda naməlum partlayışlar baş verib, Ukrayna ora yeni zərbələr endirəcək'' - ABŞ İnstitutu

Tarix: 19 Avqust 2022 10:28

"Krımda naməlum partlayışlar baş verib. Bu barədə Rusiya mənbələri məlumat yayıb".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu bildirib.

"İyulun 6-dan bəri ilk dəfə olaraq heç bir tərəf yeni ərazilərdə nəzarəti ələ keçirməyib. Rusiya qüvvələri uğursuz və lokal əməliyyatlar həyata keçiriblər. Rusiya mənbələri Kerç körpüsü yaxınlığında Ukraynanın PUA-sının vurulduğunu iddia edirlər. Ukrayna Prezident Ofisinin nümayəndəsi Mixaylo Podolyak daha əvvəl bildirmişdi ki, həmin körpü qanunsuz tikilib və məhv edilməlidir. Biz PUA-nın, həqiqətən vurulub-vurulmadığını hələ ki, dəqiqləşdirə bilmirik".

Müharibə Tədqiqatları İnstitutu Ukraynanın Rusiyanın Krımdakı hərbi obyektlərinə zərbələr endirəcəyini proqnozlaşdırır:

"Çox güman, bu zərbələr davam edəcək. Bu, Rusiyanın logistika imkanlarını və Dnepr çayının qərb sahilində əməliyyatları davam etdirmək imkanını zəiflətmək üçün lazımdır".


Etiketlər:  Krımda naməlum partlayışlar baş verib Ukrayna yeni zərbələr endirəcək ABŞ İnstitutu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ