Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Haluk Bayraktar Ukrayna Prezidenti ilə görüşüb

Haluk Bayraktar Ukrayna Prezidenti ilə görüşüb

Tarix: 19 Avqust 2022 13:02

"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı Prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik", - H.Bayraktar bildirib.

Qeyd edək ki, Türkiyə nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə avqustun 18-də Ukraynada səfərdə olub. H.Bayraktar da heyətin tərkibindəymiş.

Milli.Az


Etiketlər:  Haluk Bayraktar Ukrayna Prezidenti ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ