Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2022 16:54
Qəzadan iki il əvvəl şahzadə Diana avtomobil qəzasında öləcəyini proqnozlaşdırmışdı.
Bu barədə şahzadənin vəkil Viktor Mişkonla şəxsi görüşündən bəhs edən yeni "Diananın araşdırmaları" sənədli filminin məzmunu ilə tanış olan "Daily Beast"in jurnalistləri bildiriblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 1995-ci ildə, ölümündən iki il əvvəl Şahzadə Diana Viktordan "ağlında olanları söyləmək" üçün görüş istəyib. Söhbət zamanı şahzadə ona avtomobil qəzasında öləcəyini bildirib və qəzanın səhnələşdiriləcəyini vurğulayıb.
"Ya öləcəyəm, ya da ciddi şəkildə yaralanacam", - deyə Diana xəbərdarlıq edib.