Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əmim qızı ilə niyə evlənmirsən?” sözünə görə qan tökdü

“Əmim qızı ilə niyə evlənmirsən?” sözünə görə qan tökdü

Tarix: 19 Avqust 2022 19:00

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Milli.Az Oxu.az-a istinadən bildirir ki, dünən gecə saatlarında Balakən rayonunun Qazma kənd sakini Eşqin Məmliyev çoxsaylı kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Ona şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirən şəxsin həmkəndlisi Orxan Xanlayev olduğu müəyyən edilib.

Belə ki, hadisə zamanı E.Məmliyev sərxoş olub və O.Xanlayevə əmisi qızı ilə neçə ildir sevgili olduğu halda niyə toy etmədiyi barədə irad bildirib.

Bu zaman tərəflər arasında dava düşüb. Nəticədə O.Xanlayev E.Məmliyevi bıçaqlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisəni törədən şəxs qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılıb:

"Müvafiq ekspertizalar təyin olunub və şöbənin istintaq bölməsində araşdırma aparılır".

Milli.Az


Etiketlər:  Əmim qızı ilə niyə evlənmirsən sözünə görə tökdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ