Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pasportdakı kiçik detal təyyarə sərnişininin bahalı tətilinə mane oldu

Pasportdakı kiçik detal təyyarə sərnişininin bahalı tətilinə mane oldu

Tarix: 19 Avqust 2022 20:02

"American Airlines" şirkətinin əməkdaşları amerikalı qadını pasportundakı xırda detala görə təyyarəyə buraxmayıb.

Milli.Az bildirir ki, Britaniyanın "The Sun" qəzeti sərnişinin hekayəsini paylaşıb.

Qeyd olunur ki, turist Zoe Prater Yunanıstana bahalı tətilə uçmaq üçün anası Tina Spanos ilə Çikaqoda görüşməli idi. Ancaq yola düşməzdən bir müddət əvvəl Prater valideyninə zəng edərək onu "American Airlines" təyyarəsinə mindirməkdən imtina etdiklərini söyləyib. Səbəb isə sərnişinin pasportunun vərəqlərindən birində kiçik dəlik olub.

Bu Zoe ilə ilk dəfədir ki, baş verib. Qızın sözlərinə görə, bundan əvvəl onun sənədini görən hər kəs onun xarab olmadığını deyib.

Beləliklə, sərnişinlərin istirahəti sual altına düşüb. Amerikalılar tətillərinin üç gününü qaçırmağa və həmçinin səfərə əlavə 2100 dollar xərcləməyə məcbur olublar. Prater pulun ödənilməsi üçün aviaşirkətlə əlaqə saxlayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Pasportdakı kiçik detal təyyarə sərnişininin bahalı tətilinə mane oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ