Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA Salaha verilən səsləri “oğurladı” – The Best qalmaqalı böyüyür

FİFA Salaha verilən səsləri “oğurladı” – The Best qalmaqalı böyüyür

Tarix: 26 Sentyabr 2019 15:00

FİFA Misir millisinin baş məşqçisi Xavyer Aqirre və kapitan Ahmed Al-Məhəmmədin "The Best"in sorğusu üçün səslərini nəzərə almayıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Misir Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, qeyd olunan hər iki şəxs dünyanın ən yaxşı futbolçusu ilə bağlı sorğuda 5 xalı millinin və "Liverpul"un hücumçusu Məhəmməd Salaha verib. Ancaq səsvermənin dərc olunmuş yekun siyahısından Misirdən təkcə jurnalistin səsi nəzərə alınıb.

Federasiyanın saytı yazıb ki, səsvermə ilə bağlı FİFA-ya rəsmi cavab avqustun 15-də göndərilib. Həmin ayın 19-u isə təsdiq cavab verilib. Bununla belə dünyanın ali futbol qurumu baş məşqçi və kapitanın səsini nəzərə almayıb. Misir Futbol Federasiyası bununla bağlı araşdırma apardığını vurğulayıb. Çünki qurum hesab edir ki, FİFA-ya məlumatları nizamnaməyə uyğun olaraq vaxtında göndərib.

Qeyd edək ki, FİFA-nın budəfəki səsverməsi ilə bağlı qalmaqal böyüməkdədir. Daha öncə Nikaraqua millisinin kapitanı Xuan Barrera və Sudan millisinin baş məşqçisi Zdravko Loqaruşiç Lionel Messiyə səs vermədikləri halda, onların adından argentinalıya səs verildiyini iddia ediblər.

 


Etiketlər:  FİFA Salaha verilən səsləri oğurladı Best qalmaqalı böyüyür


RƏYLƏR