Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Turan projesi” Putinin masasında: “Tezliklə Moskvada...” – Sensasion iddia

“Turan projesi” Putinin masasında: “Tezliklə Moskvada...” – Sensasion iddia

Tarix: 20 Avqust 2022 19:14

"Rusiya və Qazaxstan turan pələnginin populyasiyasını bərpa etmək niyyətindədir. Sözsüz ki, burada üstüörtülü - gizli mətləblər var".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.

Publisist Rusiya və Qazaxıstan arasında müzakirəsinin getdiyini iddia etdiyi "Turan projesi"nə diqqət çəkib:

"Turan projesi" kimi nəhəng layihələr, əvvəlcə çox dar çərçivədə sınaqdan keçirilir. Əvvəlcə bu cür projelər bir ekoloji, mədəni çərçivədə dişə vurulur. Yalnız bundan sonra proje öz siyasi məzmununa qovuşur. Məncə, "Turan projesi"nin oxşar zooloji sifəti, pasportu beynəlxalq "Turan pələngi" layihəsidir. Layihənin ərazisi, bütün Turanı əhatə edir. Təcrübələrə Britaniya, İsrail, Yaponiya zooloqlarının qoşulduğu da bildirilir. Hələ ki, ruslar, avropalılar bu projeyə öz hədiyyələrini verməyiblər.

Putin 2021-ci il sentyabrın 30-da üstüörtülü şəklidə "Turan projesi"nə toxunub. O, Qazaxstan Prezidenti Kasım-Jomart Tokayevin "Biz Turan pələngini yenidən Qazaxstana gətirmək, nəslini bərpa etmək, artırmaq istəyirik" təklifini məmnuniyyətlə qəbul edib. Deyib ki, Rusiya "Turan pələngi" layihəsini dəstəkləyir. Rusiya seleksiya işlərinə qoşulmaq istəyir.

Xatırladım ki, erməni faşizminin banisi Qaregin Njde vaxtilə - 1921-ci ildə İrana qaçmamazdan öncə özündən əfsanə uydurub. Deyib ki, guya sonuncu Turan pələngini Araz qırağında öldürüb, dərisini soyub əyninə keçirib. İndi Rusiya və Qazaxıstan bu pələngin populyasiyasını bərpa etmək niyyətindədir. Sözsüz ki, burada üstüörtülü - gizli mətləblər var.

Tezliklə Moskvada "Valday" klubu ilə yanaşı, "Altay" klubu da yaranacaq. Sözsüz ki, Tokayevlə Putin dünənki Soçi görüşündə projenin elə yalnız zooloji tərkibi ilə kifayətlənməyib. Projenin siyasi, bəlkə də sırf hərbi tərəfi də müzakirəsiz qalmayıb".

Milli.Az


Etiketlər:  Turan projesi Putinin masasında Tezliklə Moskvada Sensasion iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ