Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2022 19:36
Yay başlayandan bir çox insanların, xüsusilə dövlət qurumlarında çalışan gənc və orta yaş kişilərin qəfil ürək tutmasından vəfat etməsi insanı bu bəladan xilas olmaq yolları tapmağa vadar edir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, əslində infarktın olub-olmayacağını bəzi müayinələrlə dəqiq bilmək olur.
Müxtəlif ürək simptomları olan şəxs keçib gedər deyə düşünməməlidir.
Ürəkdə nekrotik dəyişikliyin olmasını dəqiq göstərən analiz Troponin analizidir.
O adətən digər markerlər Kreatinkinaza və mioqlobinlə birgə təyin edilir.
Deyilənə görə, bu analizlər hətta EKQ və EXO-dan da dəqiq və öncə infarktı göstərir.
Troponin - ürək əzələsi miokardda olan zülal birləşməsidir
Əgər o normadan yülsək çıxırsa, deməli, ürək əzələsi toxumasında hüceyrə ölümü baş verir.
Bütün kişilər əgər infarkt ehtimalı varsa, nəslində infarkt keçilənlər olubsa, müəyyən dövrlərdə bu analizi verməlidir.