Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslamiadanın azərbaycanlı qalibinin əli və burnu sınıb - FOTO

İslamiadanın azərbaycanlı qalibinin əli və burnu sınıb - FOTO

Tarix: 20 Avqust 2022 20:20

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan kikboksçusu Anar Məmmədovun (57 kq) sağ əli qırılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə milli komandanın və idmançının şəxsi məşqçisi Eduard Məmmədov məlumat verib.

O bildirib ki, son dünya çempionu olan tələbəsi final görüşünədək artıq zədələrlə üzləşib:

"Onun finaladək burnu sındı, sağ gözü isə zərbədən şişmişdi. Finalda Türkiyə idmançısı Hatip Əmləklə görüşdə isə əli qırıldı".

Qeyd edək ki, kikboksinqin "lou kik" növü üzrə döyüşən Anar Məmmədov Avropa çempionu olmaq üçün noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək qitə birinciliyinədək hazır olmağa çalışacaq.

Milli.Az


Etiketlər:  İslamiadanın azərbaycanlı qalibinin əli burnu sınıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ