Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mir Mövsüm ağanın nəvəsi cərimələndi - 50 metr gedib QƏZA TÖRƏTDİ

Mir Mövsüm ağanın nəvəsi cərimələndi - 50 metr gedib QƏZA TÖRƏTDİ

Tarix: 20 Avqust 2022 22:10

Bakıda yol polisi avtomobilinin zəncirvari qəza törətməsinin görüntüləri yayılıb.

Milli.Az shownews.az-a istinadən xəbər verir ki, görüntüdə hadisənin Xəzər rayonu ərazisində baş verdiyi bəlli olur.

Belə ki, 99 YP 457 dövlət qeydiyyat nişanlı BMW markalı xidməti avtomobil KİA markalı digər avtomobilə çırpılıb. O da öndə gedən "Mercedes"ə çırpılıb.

Qeyd edək ki, video həm də onu lentə alan şəxslə yol polisi arasındakı maraqlı dialoqla da diqqət çəkib.

Həmin şəxs ona cərimə yazan yol polisinə  "Mən Mirmövsüm ağanın nəvəsiyəm, sənə dedim ki, körpə balalarım var, cərimə yazma. 50 metr gəlib qəza törətdin" deyir.

Milli.Az


Etiketlər:  Mir Mövsüm ağanın nəvəsi cərimələndi 50 metr gedib QƏZA TÖRƏTDİ


RƏYLƏR