Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriyada PKK-nın yüksək səviyyəli idarəçisi məhv edildi - FOTO

Suriyada PKK-nın yüksək səviyyəli idarəçisi məhv edildi - FOTO

Tarix: 21 Avqust 2022 11:56

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK-ya əhəmiyyətli zərbə endirib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, təşkilatın yüksək səviyyəli idarəçisi məhv edilib.

Suriyanın şimalında Hasəkədə PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gulo əməliyyatla zərərsizləşdirilib. Əməliyyat avqustun 9-da Qamışlıda həyata keçirilib.

Kod adı Hebat Derik olan Gulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynayıb. Həmçinin "Barış Pinarı" və "Zeytun budağı" əməliyyatlarında iştirak edib.


Etiketlər:  Suriyada nın yüksək səviyyəli idarəçisi məhv edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ