Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tehranda məşhur həkim odlu silahla öldürülüb - FOTO

Tehranda məşhur həkim odlu silahla öldürülüb - FOTO

Tarix: 22 Avqust 2022 18:22

İranın Məhkəmə-Tibb Ekspertizasının keçmiş rəhbəri, 85 yaşlı Əli Məhfuzini orta yaşlı bir kişi qətlə yetirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Azad İran" "Telegram" kanalı xəbər verir ki, hadisə bazar günü səhər saatlarında Tehranın Səadət Abad bölgəsində baş verib.

Cinayətkar üzünü maska və qara papaqla gizlədərək, altı metr məsafədən tapança ilə Məhfuziyə evinin önündə iki dəfə belindən atəş açıb.

Tehran Şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin rəisi, polkovnik Əli Vəlipur Qudərzi hadisənin təfərrüatı barədə deyib:

"Son illərdə biznes fəaliyyəti ilə məşğul olan 85 yaşlı doktor Əli Məhfuzi bu gün (21 avqust) evinin qarşısında güllələnərək dünyasını dəyişib".

Milli.Az


Etiketlər:  Tehranda məşhur həkim odlu silahla öldürülüb FOTO


RƏYLƏR