Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı

Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı

Tarix: 22 Avqust 2022 22:20

Hindistanda 82 uşaqda "pomidor qripi" aşkarlanıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, "The Lancet" jurnalının dərc etdiyi hesabatda, yoluxmanın ilk dəfə Hindistanın Kerala əyalətinin Kollam şəhərində görüldüyü paylaşılıb.

Hesabatda virusun vilayətin Ançal, Aryankavu və Neduvathur rayonlarında 5 yaşdan kiçik uşaqlarda müşahidə edildiyinə dair məlumatlar yer alıb.

Bundan başqa, Odişa ştatında 1-9 yaşlı 26 uşaqda infeksiya aşkarlanıb və yoluxma sayı 82-yə çatıb.

Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq ediblər.

Adını dəridəki qırmızı qabarcıqlardan alan "pomidor qripi" qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.

Hələlik xəstəliyin müalicə üsulunun olmadığı bildirilir.


Etiketlər:  ölkədə uşaqlar arasında pomidor qripi yayıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ