Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2022 00:24
"WhatsApp"da yeni növ dələduzluq metodu sürətlə yayılır.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bunu texno-bloger Fərid Pərdəşünas deyib.
Ekspert qeyd edib ki, bu kiber dələduzluq növündə qurbanlara əvvəlcə başqa nömrələrdən, lakin ən yaxın dostunun şəkli olan "WhatsApp" hesablarından yazılır.
Bunun zəncirvari kiber dələduzluq olduğunu vurğulayan Fərid Pərdəşünas deyib ki, dələduzlar bu yolla qurbanların hər birindən 150-200 manat məbləğində vəsait oğurlayırlar: "Təəssüf ki, artıq ölkəmizdə 10 nəfərə yaxın şəxs bu fırıldağın qurbanı olub. Bu hallardan qorunmaq üçün mütləq şəkildə qohum və dostunuzun fotosu olan, lakin başqa nömrədən gələn mesajlara cavab verməyin. Bank kartınızın fotolarını 3-cü şəxslərə göndərməyin və telefona gələn 3D təhlükəsizlik kodlarını heç kimə verməyin".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: