Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2019 17:52
Bakı. Samir Əli - Trend:
Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqin keçirilməsinə icazə verib.
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.
Məsələ ilə bağlı mitinq təşkilatçıları məlumatlandırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin