Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynadan daha bir gəmi yola düşdü

Ukraynadan daha bir gəmi yola düşdü

Tarix: 23 Avqust 2022 08:42

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi daha bir ərzaq daşıyan gəminin Ukrayna limanından yola salınmasına icazə verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 2437 ton qarğıdalı ilə dolu "Kafkam Etler" quru yük gəmisi Çernomorskdan Türkiyəyə yola düşəcək.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.

Milli.Az


Etiketlər:  Ukraynadan daha bir gəmi yola düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ