Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqsanə əri ilə görüntülərini yaydı

Rəqsanə əri ilə görüntülərini yaydı

Tarix: 23 Avqust 2022 16:05

Açıqlamaları ilə gündəmə "od qoyan" müğənni Rəqsanə İsmayılova həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovla bağlı paylaşım edib.

Sonxeber.net bizim mediaya istinadla xəbər verir ki, istirahətdə olan sənətçi əri ilə axşam saatlarlarında məkanların birində gəzişərkən çəkilən səmimi görüntülərini paylaşıb.

Fazilin ətrafında dövrə vurub, əlini çiyninə və belinə qoyan Rəqsanə mahnı sədaları altında rəqs edib. R.İsmayılova yayımladığı videoya "Qadın evdə xoşbəxtdirsə, o evdə bütün ailə xoşbəxt olar" şərhini yazıb.

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib.

Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı oğlan övladı var.


Etiketlər:  Rəqsanə əri ilə görüntülərini yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ