Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2022 14:25
Əməkdar artist Mehriban Xanlarova bu gün doğum günü olan mərhum Xalq artisti Şahmar Ələkbərovla bağlı paylaşım edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, instaqram hesabında Ş. Ələkbərovun fotosunu paylaşan Xanlarova onunla bağlı xatirələrini bölüşüb.
Aktrisa bildirib ki, onu tamaşaçılara məhz Şahmar Ələkbərov tanıtdırıb:
"Bu gün evimdə çörəyim, ruzim varsa bu, Ş. Ələkbərovun sayəsindədir. Əgər bu gün insanlar tərəfindən sevilirəmsə, özümə qarşı hörmət görürəmsə, həyatda əldə etdiyim hər şeyə görə ona minnətdaram və borcluyam. Məni Zibeydə obrazına çəkməsəydi, bütün bunlar olmazdı. Şahmar Ələkbərov həm çox gözəl aktyor, həm də gözəl rejissor idi. İkinci kursda oxuyurdum, bir gün məni yanına çağırdı və "Sahilsiz gecə" filmində Zibeydə roluna çəkmək istədiyini dedi...Filmlə bağlı söz-söhbətlər oldu, amma mən heç vaxt o filmə çəkildiyimə görə peşman olmadım. Şahmar Ələkbərovun çox gözəl qəlbi vardı. Ən çətin günlərimdə hər zaman mənə dəstək olub. Tələbə idim, bəzən pulum olmurdu, bunu bilən kimi yardım edirdi".