Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran nüvə müzakirələri ilə bağlı ABŞ tərəfinin cavabını alıb

İran nüvə müzakirələri ilə bağlı ABŞ tərəfinin cavabını alıb

Tarix: 24 Avqust 2022 20:44

İran ABŞ hökumətindən nüvə müzakirələrində qalan məsələlərə dair cavabı bu gün axşam saatlarında alıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İranın Xarici İşlər Nazirliyini sözçüsü Nasir Kənani deyib.

N.Kənani bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına dair danışıqlarda qalan məsələlərin həlli üçün İranın şərhlərinə ABŞ hökumətinin cavabı avropalı koordinator vasitəsilə alınıb.

O qeyd edib ki, ABŞ tərəfinin cavabının təfərrüatlı nəzərdən keçirilməsinə başlanılıb. "İran, araşdırmaları tamamladıqdan sonra koordinatora bununla bağlı öz cavabını verəcək".


Etiketlər:  İran nüvə müzakirələri ilə bağlı ABŞ tərəfinin cavabını alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ