Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Tarix: 24 Avqust 2022 22:20

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib.

Milli.Az bildirir ki, bu barədə "report" Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Rusiya hərbçiləri vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər. Zərbə nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib. Xatırladaq ki, Zelenski Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı dünən ölkə vətəndaşlarına xəbərdarlıq etmişdi. "Ukraynalılara ölkənin Müstəqillik Günündə təhlükəsizlik qaydalarına riayət etmək və hava hücumu siqnallarına etinasız yanaşmamaq tövsiyə olunur, çünki ruslar sərt hücumlara əl ata bilər. "Sabah (bu gün-red) hamımız üçün vacib gündür. Və buna görə də bu gün təəssüf ki, düşmənimiz üçün də vacibdir. Biz bilməliyik ki, sabah Rusiyanın iyrənc təxribatları və qəddar zərbələri mümkündür", - dövlət başçısı deyib.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ