Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynada sərnişin qatarıni vurdu, 22 ölü, 50 yaralı - FOTO

Rusiya Ukraynada sərnişin qatarıni vurdu, 22 ölü, 50 yaralı - FOTO

Tarix: 25 Avqust 2022 08:18

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib.

Milli.Az "Report"a istinadən bildirir ki, daha əvvəl bildirilib ki, Rusiya hərbçiləri vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər. Zərbə nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib.

"Mən bu müraciəti etməyə hazırlaşarkən məlumat aldım ki, Rusiya Dnepropetrovsk vilayətinə, dəmiryol vağzalına, Çaplino stansiyasındakı vaqonlara raket hücumu təşkil edib - hazırda dörd sərnişin vaqonu yanır. Hazırda azı 15 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Xilasedicilər işləyir. Amma təəssüf ki, ölənlərin sayı hələ də arta bilər", - deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, "Rusiya BMT Təhlükəsizlik Şurasının bu iclasına belə hazırlaşıb".

Xatırladaq ki, Zelenski Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı dünən ölkə vətəndaşlarına xəbərdarlıq etmişdi. "Ukraynalılara ölkənin Müstəqillik Günündə təhlükəsizlik qaydalarına riayət etmək və hava hücumu siqnallarına etinasız yanaşmamaq tövsiyə olunur, çünki Rusiya işğalçıları sərt hücumlara əl ata bilər. Sabah (bu gün-red) hamımız üçün vacib gündür. Və buna görə də bu gün təəssüf ki, düşmənimiz üçün də vacibdir. Biz bilməliyik ki, sabah Rusiyanın iyrənc təxribatları və qəddar zərbələri mümkündür", - dövlət başçısı deyib.

"Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, (hücum zamanı -red) 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var idi, evini Rusiya raketi dağıdıb", - dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.

"Biz mütləq işğalçıları etdikləri hər şeyə görə cavab verməyə məcbur edəcəyik. Və biz mütləq işğalçıları öz torpaqlarımızdan qovacağıq", - Prezident əlavə edib.

zərbə nəticəsində azı 50 nəfər xəsarət alıb.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynada sərnişin qatarıni vurdu 22 ölü 50 yaralı FOTO


RƏYLƏR