Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stallone boşanır

Stallone boşanır

Tarix: 25 Avqust 2022 08:30

Məşhur amerikalı aktyor, rejissor və ssenarist Silvester Stallonenin 25 illik həyat yoldaşı Cennifer Flavin boşanmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Kloservikli" (Сloserweekly) məlumat yayıb.

Nəşr boşanmanın dəqiq səbəbinin məlum olmadığını qeyd edir. Amma əldə olunan məlumatlara əsasən, Flavin Silvesterin ailə əmlakını qəsdən israf etdiyini bildirir. Buna görə də qadın məhkəmədən həyat yoldaşının hər hansı əmlakı satması, başqasına təhvil və ya sərəncam verməsi barədə hüququnu qadağan etməsini xahiş edib. Həmçinin, birgə əmlakın ədalətli şəkildə bölüşdürülməsini istəyib.

Stallone özü isə hələ boşanması ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, 1997-ci ildə ailə quran cütlüyün Sofiya, Sistine və Skarlet adlı 3 qızı var.

Milli.Az


Etiketlər:  Stallone boşanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ