Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: ABŞ Ukraynadakı missiyasına ad verəcək

KİV: ABŞ Ukraynadakı missiyasına ad verəcək

Tarix: 26 Avqust 2022 07:42

ABŞ rəhbərliyi yaxın həftələrdə Ukraynadakı missiyasına ad vermək və bir generalı missiyanın rəhbəri təyin etmək istəyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə The Wall Street Journal ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Nəşr bildirir ki, Ukraynadakı missiyaya veriləcək ad İraq və Əfqanıstandakı əməliyyatlara verilən ada oxşar olacaq.

Bununla belə, adın verilməsi kifayət qədər ciddi bürokratik xarakter daşıyır. Bu məqsədlə uzunmüddətli planlama, xüsusi maliyyələşmə və missiyada iştirak edənlərin xüsusi geyim formasının hazırlanması zəruridir.

Milli.Az


Etiketlər:  KİV ABŞ Ukraynadakı missiyasına verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ