Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2022 12:18
Ukraynada müharibədə həlak olan azərbaycanlı Hüseynov Səid Vasif oğlunun nəşi Azərbaycana göndərilib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan şəhərdə yaşayan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib.
Onun yola salınmasında Kiyevdə yaşayan bir qrup həmyerlimiz iştirak edib.
Qeyd edək ki, Hüseynov Səid Rusiyanın Ukraynada apardığı müharibədə bir neçə gün əvvəl könüllü şəkildə Nikolayev vilayəti istiqamətində həlak olub.