Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2022 21:54
Rusiyaya qarşı sanksiyalar fonunda Avropa Birliyi qısa müddətdə iqtisadi problemlərlə üzləşəcək, lakin bu, Avropanın ödəməli olduğu azadlığın qiymətidir.
Bunu Avstriyanın "Krone" nəşrinə müsahibəsində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel deyib.
O qeyd edib ki, Avropa Rusiya ya qarşı sanksiyalar tətbiq etməklə rəsmi Moskvanın neft və qaz satışından asılı olan, həmçinin Qərb texnologiyalarına ehtiyacı olan iqtisadi imkanlarını məhdudlaşdırır.
"Təbii ki, qısa müddətdə ciddi problemlərlə üzləşəcəyik. Qazın qiymətinin qalxdığını danmaq olmaz. Amma azadlığın əvəzini ödəməyə hazır olmalıyıq. Çünki Ukraynadakı müharibə təkcə ukraynalıların müharibəsi deyil, bizim azadlığımız uğrunda gedən müharibədir".
O əlavə edib ki, enerji böhranı koronavirus pandemiyasından sonra Aİ üçün ən böyük problem olacaq, lakin bloka üzv ölkələrin birliyi bunun öhdəsindən gəlməyə kömək edəcək.