Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uçuş zamanı təyyarənin kabinəsində dalaşıblar

Uçuş zamanı təyyarənin kabinəsində dalaşıblar

Tarix: 29 Avqust 2022 07:50

"Air France" aviaşirkətinin iki pilotu uçuş zamanı təyyarənin kabinəsində dalaşıblar.

Sonxeber.net bildirir ki, bu barədə "report" "La Tribune"ya istinadən xəbər verir.

Məlumata görə, onlar işdən kənarlaşdırılıblar.

Bildirilir ki, davaya Cenevrədən Parisə uçarkən onlardan birinin əmrə tabe olmaqdan imtinası səbəb olub, uçuşdan az sonra tərəflər arasında dava baş verib. Stüardessalar kabinədə səs eşidib və onları ayırmağa gediblər.

Ekipaj üzvlərindən biri yeni davanın qarşısını almaq üçün uçuşun qalan hissəsini narazı pilotların arxasında oturaraq keçirməli olub.

"Air France" şirkətinin sözçüsü kabinədəki davanı "qətiyyən yaraşmayan davranış" adlandırıb. Aviaşirkət "Airbus A320"də baş verən insident zamanı dava olduğunu təsdiqləyib.

Aviaşirkət həmçinin qeyd edib ki, insident uçuşun təhlükəsizliyinə təsir etmədən başa çatıb.

Fransanın Mülki Aviasiya Təhlükəsizliyi Təhqiqat Təşkilatının hesabatında deyilir ki, pilotlar istintaqa qədər işdən kənarlaşdırılıb.


Etiketlər:  Uçuş zamanı təyyarənin kabinəsində dalaşıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ