Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 13:06
Rusiyanın Ukraynaya hücumundan sonra ölkəsini tərk edən SSRİ Xalq artisti Alla Puqaçova vətəninə qayıdıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi işlərini həll etmək üçün Moskvaya gəldiyini bildirib.
Sosial şəbəkə istifadəçiləri müğənninin qayıtmasının səbəbini övladlarının yeni tədris ilinə başlayacağı ilə əlaqələndiriblər.
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü.