Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 15:32
Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən yeni yaşayış kompleksində bağça tikilib, tam təmir olunub və iki ildir istifadəyə hazır vəziyyətdədir. Ancaq hansısa səbəbdən bağçanın qapıları uşaqların üzünə açılmır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,binalarda əsasən şəhid ailələri və qazilər, həmçinin həssas qrupdan olan vətəndaşlar yaşayırlar. Ailələr deyirlər ki, bura köçdükdən sonra bir gün belə olsun bağça işləməyib.
Hətta bağça işləmədiyindən bir çox ailə məcbur olub uşaqlarını şəhərdə olan bağçalara aparır. Bu isə həm artıq xərc, həm də vaxt itkisi deməkdir.
Hətta bağçanın həyətində olan bitkilər də baxımsızlıqdan quruyaraq məhv olub.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, sözügedən yaşayış kompleksinin yerli icra hakimiyyətinin balansına verilməsi üçün yekun sənədləşmə işləri aparılır. Kompleksdəki bağça və digər infrastrukturların fəaliyyətinin təşkilinə də məhz bu sənədləşmə işləri başa çatdıqdan sonra baxıla bilər.