Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış müğənni tanışlıq saytında xanım axtarır

Tanınmış müğənni tanışlıq saytında xanım axtarır

Tarix: 29 Avqust 2022 20:08

Rusiyalı müğənni Qriqori Leps "İnanmayacaqsan!" verilişinin efirində həyatı ilə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, tanışlıq saytında yaşlı qadın axtardığını deyib.

"Tanışlıq saytında qeydiyyatdan keçmişəm. Günlərlə orda otururam, tanış oluram. Yetmiş yaşlı qadınlarla maraqlanıram. Əvvəllər gedib əylənməyi bacarırdım. İllər keçdikcə hər şey yox olur. İstənilən normal insan kimi. Başqa istəklər ortaya çıxır. Məsələn, sadəcə sobanın yanında sakitcə oturmaq" deyə, ifaçı qeyd edib.

60 yaşlı sənətçi yenidən ailə quraraq ata olacağı istəyini də gizlətməyib. O, iki övladı olmasını arzulayır. 

Qeyd edək ki, Leps və Şaplıkova 2000-ci ildə tanış olublar və iki il sonra evləniblər. Cütlüyün üç övladı var: Eva, Nikol və İvan. Leps ötən il boşanmaq üçün məhkəməyə müraciət edib. 

Milli.Az


Etiketlər:  Tanınmış müğənni tanışlıq saytında xanım axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ