Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2022 22:38
ABŞ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) missiyasının Zaporojye AES-ə səfərini dəstəkləyir və AES-dəki reaktorların müvəqqəti dayandırılmasına çağırır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Biz AEBA-nın missiyasının Zaporojye AES-ə səfərini dəstəkləyirik. Rusiya müstəqil ekspertlərin AES-ə maneəsiz girişini təmin etməlidir. Hesab edirik ki, Rusiya Federasiyası stansiya ətrafında demilitarizasiya zonası yaradılmasına razılıq verməlidir. Nüvə reaktorlarının nəzarətli şəkildə dayandırılması da qısamüddətli planda ən az riskli variant olardı" - deyə Kirbi bildirib.