Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinlə Paşinyan danışdı: 10 noyabr bəyanatı…

Putinlə Paşinyan danışdı: 10 noyabr bəyanatı…

Tarix: 30 Avqust 2022 08:18

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 25-ci ildönümü münasibətilə telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Nikol Paşinyan və Vladimir Putin Ermənistan-Rusiya gündəmində olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Xüsusilə, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb", - məlumatda qeyd olunub.

Milli.Az


Etiketlər:  Putinlə Paşinyan danışdı noyabr bəyanatı


RƏYLƏR