Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlin sonunadək rus ordusu məhv ediləcək - Jdanov

İlin sonunadək rus ordusu məhv ediləcək - Jdanov

Tarix: 30 Avqust 2022 08:28

Ukrayna Silahlı Qüvvələri hazırda ən çox reaktiv yaylım atəş sistemləri və texnikaya ehtiyac duyur. Bu, ABŞ-dan istədiyimiz ən vacib şeydir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.

"İndi bizə tanklar, zirehli maşınlar, güclü artilleriya lazımdır - həm lüləli, həm reaktiv. Əgər bu üç milyardlıq paketdə məhz belə yardım olacaqsa, onda müharibənin əsas fazası ilin sonuna qədər başa çatacaq. Biz bu ilin sonuna qədər Rusiya ordusuna ağır zərbələr vuraraq, 1991-ci ilin ümumi qəbul edilmiş sərhədlərinə çıxa biləcəyik", - deyə həmsöhbətimiz bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Bayden Ukraynaya təxminən 3 milyard dollar həcmində hərbi yardım paketinin ayrıldığını bəyan edib.

Milli.Az


Etiketlər:  İlin sonunadək rus ordusu məhv ediləcək Jdanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ