Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubadlıda minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB

Qubadlıda minaya düşən şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB

Tarix: 30 Avqust 2022 12:58

12:56

Qubadlıda minaya düşən şəxsin vəziyyəti açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, 2022-ci il 30 avqust tarixində Agentliyin minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

"Nəticədə, Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hal-hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq",- açıqlamada deyilir.

---------

11:22

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2022-ci il 30 avqust tarixində işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş vermişdir.

Partlayış nəticəsində, minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri almışdır. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası - minaaxtaran it tələf olmuşdur.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Qubadlıda minaya düşən şəxsin vəziyyəti açıqlandı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ