Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2022 14:24
Azərbaycanda transfer pəncərəsinin bağlanmasına 1 gün qalmış "Qarabağ"ın transfer çalışmaları davam edir.
Sonxeber.net "Fanat.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl hücumçu transferini gerçəkləşdirəcəkləri tarixdən bəhs edib:
"Komandaya yeni hücumçu götürülməsi gündəmdədir və hazırda baş məşqçimiz Qurban Qurbanov bir neçə variantı nəzərdən keçirir. Azərbaycanda transfer pəncərəsi bağlanmaq üzrədir. Sentyabrın 8-də isə Avropa Liqasında ilk oyunumuza - "Frayburq"la səfər matçına çıxmalıyıq. Məqsəd həmin qarşılaşmaya qədər heyətə yeni hücumçu qatmaqdır. Bunu transfer pəncərəsi bağlanandan sonra da reallaşdıra bilərik. Böyük ehtimalla, azad agent statusu daşıyan forvard götürəcəyik".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsi üzrə sentyabrın 8-də "Fraqyburq"la qarşılaşacaq.