Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndindəki ''qorxaq general'' həbs olundu

Xankəndindəki ''qorxaq general''  həbs olundu

Tarix: 30 Avqust 2022 14:36

Xankəndindəki terrorçu rejimin tanınmış fiqurlarından biri, qarabağlı ermənilərin silahlı birləşmələrinin sabiq komandanı, "general-leytenant" Mikael Arzumanyan həbs olunub.

Sonxeber.net bildirir ki, İrəvandan Xankəndinə yönələn M.Arzumanyan 2 saat əvvəl Ermənistanın Vardenis (Basarkeçər) rayonunda saxlanılıb.

O, Xankəndinə, mitinqə yönəlirdi.

M.Arzumanyan Ermənistan İstintaq Komitəsinin sanksiyası ilə tutulub.

M.Arzumanyan ermənilər arasında "qorxaq general" kimi tanınır. Qarabağlı ermənilərin silahlı birləşmələrinin başçısı Cəlal Harutyunyan İkinci Qarabağ Müharibəsində raket zərbəsinə tuş gələrək ağır yaralanandan sonra M.Arzumanyan "komandan" təyin edilmişdi.


Etiketlər:  Xankəndindəki qorxaq general həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ